Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdən öncə dünya ictimaiyyətini Rusiyaya təzyiqi gücləndirməyə çağırıb.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
“Putin dünyanın dediyi heç nəyə qulaq asmır, ona görə də anlayacağı yeganə dil təzyiq dilidir”, – Zelenski bildirib.
Qeyd edək ki, 17 oktyabrda Donald Tramp Ağ Evdə Zelenskini qəbul edəcək.
