Zelenski: Ruslar Donbasdakı yerli sakinlərin arxasında gizlənirlərbackend

Zelenski: Ruslar Donbasdakı yerli sakinlərin arxasında gizlənirlər

Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb ki, Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin sakinlərinin arxalarında gizlənirlər və onlar Ukraynaya qarşı Rusiya tərəfində döyüşməyə məcbur edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski axşam videomüraciəti zamanı bildirib.

“Son sutka ərzində Donbasda vəziyyət ciddi şəkildə dəyişməyib. Severodonetskdəki döyüşlərdə müəyyən uğurlar var, lakin öncədən danışmaq tezdir. Hazırda orada ən çətin vəziyyətdir. Yaxınlıqdakı şəhərlərdə və icmalarda olduğu kimi – Lisiçanskda, Baxmut və bir çox başqa yerlərdə rusla güclü hücuma keçib.

Rusiya ordusu əlində olan bütün silahlardan istifadə edir Hücumların birinci cərgəsində onlar çox vaxt əvvəllər işğal olunmuş Donetsk və Luqansk vilayətlərində öz ordusuna cəlb edilmiş şəxslərdən istifadə edirlər. Rus əsgərləri tez-tez bu insanların arxasında gizlənirlər.

Müharibə nə qədər uzun sürərsə, Rusiya öz tarixinə bir o qədər rəzil, biabırçı və kinli şeyləri əbədi olaraq yazır.

Şimal sərhəd rayonlarımızın, xüsusən də Çerniqov vilayətinin Rusiya ərazisindən güclü atəşə tutulması davam edir. Hücumlar Xarkov vilayətinin Nikolaev və Xarkov şəhərlərinə edilib. Dövlətimizin bütün müvəqqəti işğal olunmuş ərazisi tam fəlakət zonasıdır və buna görə bütün məsuliyyəti Rusiya daşıyır”, – deyə Zelenski bildirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*