Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampı öz mövqeyini dəstəkləməyə razı salmaq cəhdi uğursuzluğa düçar olub. Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.
KONKRET.az xəbər verir ki, nəşrin məlumatına görə, Zelenski Trampın təklif etdiyi atəşkəs planını qəbul edib və ABŞ-la faydalı qazıntılar sahəsində əməkdaşlıq sazişi imzalayıb. Bundan əlavə, o, Türkiyəyə səfər edərək, Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan danışıqlar çağırışına cavab olaraq görüşlərə başlayıb.
Lakin WSJ yazır ki, bu addımlar Trampın mövqeyinə təsir etməyib. Nəşrin iddiasına görə, Tramp Putinlə dünənki telefon danışığından sonra Kremlin irəli sürdüyü atəşkəs planına yenidən maraq göstərməyə başlayıb və Moskva ilə bağlı mövqeyini xeyli yumşaldıb.
Natiq Səlim,
KONKRET.az