190 manatla bağlı hələ də bildiriş sms-i almayanların NƏZƏRİNƏ! – VİDEObackend

190 manatla bağlı hələ də bildiriş sms-i almayanların NƏZƏRİNƏ! - VİDEO

190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin-olunub olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.

Ağcabədi sakini Qəhrəman Rəhimov kimi 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən, lakin hələ də heç bir cavab almayan insanlar var.

Onları düşündürən əsas məsələlərdən biri də odur ki, hər hansı bir səbəbdən ödəmə təyin edilməyənlərə də bununla bağlı bildiriş sms-i göndəriləcəkmi?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir.Artıq 20 min nəfərə imtina sms-i göndərilib.Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur.

Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının “Onlayn Müraciət” bölməsində yeniliyin edilməsidir.

Hazırda qeydiyyat zamanı “həyat yoldaşının fin kodu” hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və fin kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq.

Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.

 

  • Lamiyə
    Aprel 18, 2020 - 11:17

    190 manat dövlət tərəfindən verilən yardım necə ala bilərəm?

  • Mursel
    Aprel 19, 2020 - 13:24

    Ayin 7Si qediyyatdan kecisem hele melumat yoxdur

  • Aydın
    Aprel 19, 2020 - 23:00

    Ayın 10da keçmişəm qeydiyyatdan hələ də cavab sms gəlməyib bizdən sonra keçənlər alıb ana bu necə olan işdir axı

  • Xədicə
    Aprel 20, 2020 - 13:15

    Yalan sizi kəssin 10gunden çoxdur keçmişəm hec bir sms yoxdur.sosial yardim kimi onu da milyonçulara verirlər

  • Xədicə
    Aprel 20, 2020 - 13:20

    10 gündən çoxdur qeydiyyatdan keçmişəm hec bir sms yoxdur.sosial yardim kimi onu da milyonçulara verirlər.Ne iş var nə pul nə çörək 2usaga nəylə baxaq

  • Sara
    Aprel 25, 2020 - 21:29

    Salam menede madde gelib halbu ki ne isim var nede torpagim hec basa duse bilmedim ne demekdir bu maddeler bir an ozumu suclu hiss etdim madeni gordukde

  • Lamiyə
    Aprel 26, 2020 - 17:01

    Salam mən dövlət tərəfindən verilən 190 manat müavinati ala bilmədiyim üçün müraciət edirəm

Mursel üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*