“Qarabağ”ın “Neftçi” ilə oyunda zədələnən futbolçusu Joni Montiel əməliyyat olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək. Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.
Xatırladaq ki, Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, birbaşa xəstəxanaya aparılmışdı.
