20 qolu olan qeyri-adi canlı AŞKAR EDİLDİbackend

20 qolu olan qeyri-adi canlı AŞKAR EDİLDİ

Tədqiqatçılar Antarktida yaxınlığında 20 qolu olan qeyri-adi dəniz canlısı aşkar edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumi uzunluğu 20 santimetr olan və 60-1100 metr dərinlikdə yaşayan bu canlıya “Promachocrinus fragarius” adı verilib.

Yeni növ dəniz ulduzları və kirpilərin də daxil olduğu “Crinoidea” sinfinə aiddir.

Məlumata görə, təbiətdə oxşar növlər var, lakin onlarda qolların sayı 10-dan çox deyil.

Qeyd edək ki, Antarktidada çalışan alimlər hər il 10-15 yeni canlı növü kəşf edirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*