Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
KONKRET.az “Sport-Express” nəşrinə istinadla xəbər verir ki, 30 yaşlı hücumçu Mahaçqala “Dinamo”sunun maraq dairəsinə düşüb.
Mövsüm başa çatar-çatmaz “Qarabağ”dan ayrılan Şeydayev azad agentdir. Rusiya klubu hazırda forvardla danışıq aparır.
Ramil ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyun keçirib, 2 qol, 1 assistlə yadda qalıb.
Qeyd edək ki, bundan əvvəl futbolçunun “Şəfa” klubu ilə danışıqlar aparması barədə məlumat yayılmışdı.
