Hadisə bu gün səhər saat 11 radələrində Gəndob-Yalama yolunun Nərəcan kəndi ərazisində baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, Nərəcan kənd sakini 1970-ci il təvəllüdlü Zahidov Yusif İbadulla oğlu yolu keçərkən hərəkətdə olan nəqliyyat vasitəsi tərəfindən vurulub. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Cəlal Fərzəliyev,
Konkret.az-ın şimal bürosu
