İranla “Taliban” arasında aparılan danışıqlarda irəliləyiş əldə edildibackend

İranla “Taliban” arasında aparılan danışıqlarda irəliləyiş əldə edildi

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban”la İran rəsmiləri arasında davam edən danışıqlarda müəyyən irəliləyiş əldə edilib.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib:

“İranın Kabilə ezam edilən xüsusi nümayəndəsi Həsən Kazemi Qumi İranın Hilmənd çayının sularına çıxışı ilə bağlı müsbət nəticələr əldə edib. Həmçinin Kabil bizi əmin edib ki, mayın 27-də sərhəddə baş verən toqquşmalar Əfqanıstan tərəfinin təşəbbüsü ilə baş verməyib”.

İran XİN başçısı qeyd edib ki, İranın və Əfqanıstanın müştərək nöqtələri həddindən artıq çoxdur və düşmənlər bundan istifadə edərək qardaş xalqlar arasında düşmənçilik toxumları səpməkdə maraqlıdırlar.

“Amma onlar buna nail ola bilməyəcəklər”, – deyə Abdullahian bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*