“Qanun hərbi vəziyyət dövründə yeni seçkilərin keçirilməsini qadağan etdiyi üçün Ukrayna prezidenti Vladimir Zelenski səlahiyyət müddəti bitdikdən sonra prezidentlik fəaliyyətini davam etdirəcək”.
KONKRET.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna şərhində Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovik deyib.
O bildirib ki, bu mövzuda nə qədər spekulyasiyalar olsa da, Konstitusiya açıq şəkildə hər şeyi qeyd edir.
“Əvvəlki Prezident Ukraynanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər öz səlahiyyətlərini həyata keçirməlidir”, – deyə Sergey Dubovik əlavə edib.
Burhan,
KONKRET.az
