Rusiya müharibənin 1582-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 168 090 PUA-sı, 663 zenit-raket kompleksi, 29 886 tank və digər zirehli texnikası, 1 747 reaktiv yaylım atəş sistemi, 35 479 artilleriya və minaatanı, 64 790 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
