Azərbaycanda saxlanılan və beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyev Qırğızıstana təhvil verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Vəsatəti Qırğız Respublikasının Baş Prokurorluğu qaldırıb.
Beləliklə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
A.Annaberdiyev Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunub. O, 2026-cı ilin aprel ayında Azərbaycanda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
