Trampın Venesuela prezidentinin oğurlanmasına xərclədiyi pulların aqibəti necə oldu? – Vaşinqton AÇIQLADIbackend

Trampın Venesuela prezidentinin oğurlanmasına xərclədiyi pulların aqibəti necə oldu? - Vaşinqton AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Venesuelada keçirdiyi hərbi əməliyyata çəkilən xərclər artıq dəfələrlə geri qaytarılıb. Onun sözlərinə görə, bu, əsasən Venesuela neftinə çıxış hesabına mümkün olub.

KONKRET.az xəbər verir ki, Pensilvaniya ştatının Allentaun şəhəri yaxınlığında iqtisadi məsələlərə həsr olunmuş çıxışı zamanı Tramp qeyd edib ki, ABŞ Venesueladakı əməliyyat xərclərini artıq 28 dəfədən çox kompensasiya edib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və Karakas arasında münasibətlər hazırda müsbət istiqamətdə inkişaf edir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada həm mülki, həm də hərbi obyektlərə zərbələr endirib. Həmin əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq ABŞ-a aparılıb.

Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəməsi qarşısına çıxarılıblar. Onlara narkotik ticarəti ilə əlaqəli ittihamlar irəli sürülüb. Maduro və Flores ittihamları qəbul etməyiblər.

Hazırda Venesuelada prezident səlahiyyətlərini ölkənin keçmiş vitse-prezidenti Delsi Rodriges icra edir.
Tramp bundan əvvəl də Vaşinqtonun Karakasdan ABŞ neft şirkətləri üçün kompensasiya alacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, bu şirkətlər Venesuelanın neft infrastrukturunun bərpasına investisiya yatıracaqlar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*