Senat QƏRAR VERDİ: Müharibə olmayacaqbackend

Senat QƏRAR VERDİ: Müharibə olmayacaq

ABŞ Senatı Vaşinqton administrasiyasına İran əleyhinə hərbi əməliyyatları dayandırmağı tövsiyə edən qətnaməni qəbul edib.

KONKRET.az xəbər verir ki, qətnamənin lehinə 50 senator səs verib, 48 senator isə əleyhinə çıxıb. Hakim Respublikaçılar Partiyasından dörd senator sənədi dəstəkləyib.

Demokratlar arasında isə yalnız bir senator əks mövqe nümayiş etdirib. Ötən ay analoji qərar Nümayəndələr Palatası tərəfindən də qəbul edilmişdi. Hər iki palatada təsdiqlənməsinə baxmayaraq, sənəd yalnız tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

Belə qətnamələr qanunvericilərə mövqelərini ifadə etməyə imkan versə də, ABŞ icra hakimiyyəti onları nəzərə almaya bilər.

Qətnamədə vurğulanır ki, Prezident Donald Trampa Konqres tərəfindən rəsmi icazə verilmədiyi halda və ya ABŞ və müttəfiqlərinin müdafiəsi zəruri olmadığı təqdirdə, Amerika silahlı qüvvələrinin İran əleyhinə hərbi əməliyyatlardan geri çəkilməsi tövsiyə olunur.

ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti prezidentə deyil, Konqresə məxsusdur. Bununla belə, son illərdə prezidentlər qanunvericilərdən aldıqları səlahiyyətləri geniş şərh edərək ölkə xaricində yeni hərbi əməliyyatlara başlayıblar.

Bundan əvvəl Vaşinqton və Tehran bütün hərbi əməliyyatların, o cümlədən Livandakı fəaliyyətlərin dərhal dayandırılmasına çağıran memorandum üzərində razılığa gəliblər. Memorandumun icrası məqsədilə iyunun 21-də ABŞ və İran nümayəndələri arasında Doha və İslamabadın dəstəyi ilə danışıqlar keçirilib.

Pakistan və Qətərin birgə bəyanatında bildirilib ki, danışıqlar müsbət və konstruktiv atmosferdə keçib.

Tərəflər gələcək texniki məsləhətləşmələr üçün əsas yaradan ümidverici irəliləyiş əldə ediblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*