399 terrorçu zərərsizləşdirildibackend

399 terrorçu zərərsizləşdirildi - Türkiyə hərbi əməliyyatları davam etdirir

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 399 terroçusu zərərsizləşdirilib. KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “Twitter”dəki səhifəsində məlumat yayıb. “Fərat çayından şərqdə uğurla davam etdirilən “Barış pınarı” əməliyyatı çərçivəsində ümumilikdə 399 terrorçu zərərsizləşdirilib”, – deyə məlumatda bildirilir. Türkiyə oktyabrın 9-da Suriyada, Fərat çayından şərqdə geniş miqyaslı antiterror əməliyyatına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*