Bakıda “polietilen borularının satın alınması” ilə bağlı açıq tenderinin nəticələri elan olunub.
KONKRET.az Teleqraf.com-a istinadla xəbər verir ki, sifarişçisi “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin olduğu tenderin qalibi “HİGH TECH POLYMER” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 4 milyon 318 min 391 manat məbləğində müqavilə imzalanıb.
Belə ki, şirkət, ümumilikdə 171,13 km uzunluqda 62 ədəd polietilen borusu satın alacaq.
Qeyd edək ki, boruların alınmasına bu ilin yanvarın 24-dən başlanılıb, proses 2026-ci ilin yanvarın 26-na qədər davam edəcək.