42 ildir dinlənilən Yeni il mahnısı – VİDEObackend

42 ildir dinlənilən Yeni il mahnısı - VİDEO

Yeni ildə dünyada ən çox dinlənilən mahnı ABBA qrupunun ifasında səslənən “Happy New Year!” (Yeni iliniz mübarək!) mahnısıdır.

KONKRET.az xəbər verir ki, bu mahnı ABBA qrupunun 1980-ci ildə satışa çıxardığı albomda yer alıb.

42 il keçməsinə baxmayaraq hər il milyonlarla dinləyici qazanan mahnının ifaçıları Aqneta Feltskoq, Anni-Frid Linqstad, Byorn Ulveus və Benni Anderssondur. Mahnının orijinalı Yutubda 72 milyon baxış qazanıb.

Qeyd edək ki, İsveçin məşhur pop-rok qrupu olan ABBA 1972-1982-ci illərdə fəaliyyət göstərib. Qrupun adı üzvlərin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılıb. ABBA 1974-cü il Avroviziya mahnı müsabiqəsinin qalibi olub. ABBA heç vaxt öz fəaliyyətini dayandırdığını rəsmən bəyan etməyib. Amma qrup artıq uzun müddətdir ki, dağılmış hesab edilir. Onların qrup halında son çıxışları 11 dekabr 1982-ci ildə Britaniya telekanalının efirində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*