Mahir Emreli ilə yollar ayrılırbackend

Mahir Emreli ilə yollar ayrılır

Almaniyada “Kayzerslautern”də gözlənilən heyət dəyişiklikləri fonunda Mahir Emrelinin gələcəyi ilə bağlı iddia irəli sürülüb.

KONKRET.az xəbər verir ki, baş məşqçi Torsten Liberknext azərbaycanlı hücumçu ilə bağlı qərarını artıq verib.

İddiaya görə, almaniyalı mütəxəssis Mahir Emrelini komandasında görmək istəmir. Bu səbəbdən 27 yaşlı forvardın özünə yeni klub axtarmasında problem olmadığı qeyd edilib.

M.Emreli bu mövsüm “Kayzerslautern”in heyətində 2-ci Bundesliqa və kubok turnirində ümumən 12 oyun keçirib və 2 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*