ABŞ-nın Ohayo ştatında 42 yaşlı Kristin Foksda qrip ağır fəsadlara yol açıb.
KONKRET.az xəbər verir ki, 2020-ci ilin mart ayında qripə yoluxan Foksda xəstəlik tez bir zamanda həyati təhlükəsi olan sepsisə çevrilib. Onun həyatını xilas etmək üçün qolları və ayaqları amputasiya olunub.
Çoxsaylı əməliyyatlardan və intensiv fiziki müalicəni əhatə edən uzun bir sağalma prosesindən sonra Foks xüsusi hazırlanmış protezlərin köməyi ilə yeni həyatına uyğunlaşıb.
O, məktəbdə direktor köməkçisi kimi işinə qayıdıb və burada həm tələbələri, həm də həmkarları üçün ilham mənbəyi olub.
Burhan,
KONKRET.az