Goranboyda qonşular dava etdi – Xəsarət alanlar varbackend

Goranboyda qonşular dava etdi - Xəsarət alanlar var

Goranboyda qonşular arasında xəsarətlə nəticələnən dava olub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Solmaz Hüseynova, 1990-cı il təvəllüdlü Hüseyn Əsədov və onun oğlu 10 yaşlı T. Ə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

İlkin məlumata görə, adıçəkilən şəxslər əkin sahəsinin suvarılması ilə bağlı qonşuları arasında düşən dava zamanı döyülüblər.

Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*