Meksikanın Xalisko ştatının prokurorları itkin düşən 7 gəncin axtarışı zamanı Zapopan dərəsində içərisində insan qalıqları olan 45 çanta tapıblar.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət tibbi ekspertizası çıxarılan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlayıb.
Qeyd olunub ki, helikopterin dəstəyi ilə 40 metrlik dərədə axtarış işləri bütün kisələr tapılıb çıxarılana qədər davam edəcək.
İqbal Rzayev,
KONKRET.az
