Yerli hakimiyyət orqanları Rusiyanın aviasiya bombası ilə Ukraynanın Sumı şəhərinin mərkəzi küçələrindən birinə endirdiyi zərbə nəticəsində azı üç nəfərin həlak olduğunu bildirib. Zərbələr yaşayış sektoruna və mülki infrastruktura dəyib, nəticədə 15-ə yaxın fərdi evə ziyan dəyib.
KONKRET.az xəbər verir ki, Sumı vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov vəziyyəti belə şərh edib: “Zərbənin episentrində çoxmənzilli ev, mağaza və yol var idi. Həmin vaxt orada çoxlu insan, o cümlədən uşaqlar olub”.
Administrasiya rəhbərinin məlumatına görə, 79 yaşlı qadın öz təsərrüfatı ərazisində ağır yaralanaraq hadisə yerindəcə keçinib. 13 yaşlı uşağın vəziyyəti isə ağır olaraq qalır.
Natiq Səlim,
KONKRET.az
