Dünyanı şoka salan “Meduza” beynəlxalq əməliyyatı: 57 nəfər saxlanıldıbackend

Dünyanı şoka salan “Meduza” beynəlxalq əməliyyatı: 57 nəfər saxlanıldı

Doqquz ölkənin hüquq-mühafizə orqanları birgə “Meduza” adlı genişmiqyaslı əməliyyat keçirib. Nəticədə yaxın çevrələrindəki qadınlara qarşı seksual zorakılıq etməkdə şübhəli bilinən onlarla şəxs müəyyən olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Deutsche Welle” (DW) nəşri məlumat yayıb.

İstintaq zamanı kişilərdən ibarət bir neçə onlayn şəbəkənin mövcud olduğu aşkarlanıb. İddialara görə, bu şəxslər qadınları, əsasən öz partnyorlarını dərman preparatları ilə huşsuz vəziyyətə salıb, onlara qarşı seksual zorakılıq törədib və daha sonra görüntüləri internetdə yayıblar.

Əməliyyat nəticəsində 57 nəfər saxlanılıb. 2026-cı ilin aprelindən aparılan istintaq yeddi ölkəni əhatə edib. Ümumilikdə 158 zərərçəkmiş müəyyən edilib və onların hazırda təhlükəsiz vəziyyətdə olduğu bildirilir.

Əməliyyat Almaniyanın Federal Cinayət Polisi İdarəsi (BKA) və Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) tərəfindən Avropolun (Europol) koordinasiyası ilə həyata keçirilib. Prosesə həmçinin Braziliya, Macarıstan, İspaniya, Kanada, Niderland, ABŞ və Fransa hüquq-mühafizə orqanları cəlb olunub.

Almaniyanın Federal Cinayət Polisinin məlumatına görə, bir çox zərərçəkmiş baş verənlərdən xəbərsiz olub. Onlar sakitləşdirici və ağrıkəsici preparatların təsiri altında olduqları üçün hadisələri xatırlamayıb və zorakılıq faktını hiss etməyiblər. (Global.info)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*