Balakən rayonunda 60 yaşlı sürücü sükan arxasında ölüb.
KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Katex kəndi ərazisində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Vlazim Cahangir oğlu Nəsibov avtomobil idarə edərkən səhhəti pisləşib.
Sürücü avtomobili saxlayaraq sükan arxasından yıxılıb və orada dünyasını dəyişib.
