62 il əvvəl törədilmiş qətlin üstü AÇILDIbackend

62 il əvvəl törədilmiş qətlin üstü AÇILDI

ABŞ-da hüquq-mühafizə orqanlarının əməkdaşları 62 il əvvəl avtomobildə güllələnən 53 yaşlı iş adamının müəmmalı qətlinin üstünü açıblar.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Cozef Dimeranın soyuqqanlı qatili əvvəlcə naməlum şəxslər tərəfindən hücuma məruz qaldıqlarını bildirən həyat yoldaşı Frensis olub.

O zamankı polis məlumatlarından qeyd olunub ki, cütlük 24 mart 1961-ci ildə evdən çıxaraq restorana gedib. Naməlum şəxslər avtomobilə hücum edərək 33 yaşlı qadını döyüblər. Huşunu itirən Frensis özünə gələndə ərinin öldüyünü görüb. Qadın kömək üçün ən yaxın yanacaqdoldurma məntəqəsinə qaçıb.

62 il sonra müstəntiqlər yeni bir araşdırma aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, qadın evdə olarkən ərini tapança ilə vurub, sonra isə meyiti başqa yerə aparıb. Məlum olub ki, cütlük boşanma ərəfəsində olub və qətldən bir qədər əvvəl ər vəsiyyətini dəyişib.

Qeyd olunub ki, Frensis 2006-cı ildə dünyasını dəyişib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*