7 qat dünya çempionu mükafatını Bakıda qoyub getdi – FOTOLARbackend

7 qat dünya çempionu mükafatını Bakıda qoyub getdi - FOTOLAR

Luis Hemilton Bakıda keçirilən mükafatlandırma mərasiminə qatılsa da, FIA-nı boykot edərək üçüncü yer mükafatını mərasimdə qoyub gedib.

KONKRET.az xəbər verir ki, mükafat hazırda türk jurnalistdədir.

Daha öncə FIA “Mersedes” komandasından Toto Volf və həyat yoldaşı Suzini mətbuata məlumat sızdırmaqda ittiham etmişdi. Qala mərasimindən bir neçə gün əvvəl bu ittihamlar geri çəkilmiş, Hemilton isə tədbirdəki nitqində FIA-nın bu addımına sərt tənqid ünvanlamışdı.

Qeyd edək ki, 2023-cü il mövsümünü 3-cü pillədə başa vuran “Mersedes” pilotu 7 dəfə “Formula 1” üzrə dünya çempionu olub. (Offsideplus.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*