8 noyabrda DÜNYA YERİNDƏN oynayacaq – “The Econimist” DEŞİFRƏSİbackend

8 noyabrda DÜNYA YERİNDƏN oynayacaq - "The Econimist" DEŞİFRƏSİ

Bill Qeytsin 8 noyabr üçün qorxunc planı var.

KONKRET.az xəbər verir ki, daha öncə pandemiya, meşə yanğınları, savaş, kriptovalyuta proqnozları düz çıxan “The Econimist” jurnalı bu dəfə fəlakət anonsu verib.

Şuman rezonansına Fatihə

Daha doğrusu, onların şifrəli mesajını deşifrə edəndə ortaya qorxunc planlar çıxır. Belə ki, onlar dünyanın rezonansından bəhs ediblər. Bill Qeytsin də 8 noyabrda “dünyanın rezonansına müdaxilə etmək istəyirik” deməsi nüvə müharibəsinə işarə hesab olunur. Çünki 8 noyabr ezotrizmdə ayin tarixidir, həm də ay tutulması olacaq. Bu ayinlə insanlar qurban edilir. Keçən il eyni tarixdə Amerikada baş tutan konsertdə 8 nəfərin ölümünü də örnək gətirmək olar. Bundan başqa, 1957-ci il noyabrın 8-də Sakit okeanında “Boeing 377” qəzası və 44 ölü, 1983-cü ilin eyni günündə “Boeing 737” qəzası və 130 ölü kimi misallar da var. O ki qaldı Bill Qeytsin bu tarixdə dünya rezonansına müdaxilə etmək anonsuna, qərblilərin müşahidələrinə görə son 20 ildə günlərin (sutka) müddəti 8-10 saniyə azalıb. Yəni gün daha tez keçir. İslamda da günlərin su kimi axacağı barədə hədis var. Bunun təsdiqini görən dünya idarəçiləri isə narahat olmağa başlayıb və Lövhi-Məhfuzda yazılanları, Allahın ssenarisini dəyişməyə cəhd edirlər.

Digər maraqlı məqam rəqəmlərlə bağlıdır. Sözügedən jurnalın üzqabığında 6.78 rəqəmi də yer alıb. Şuman rezonansına (1952-54) görə isə dünyanın dönüşü 7.8-dir. Yəni 6.78 dönüşü Şuman rezonansını, 7.8-i pozar. Dünya titrəyişinin pozulması isə canlı orqanizmlərin sonu deməkdir. Bu isə insanların aclıq və səfalətidir. Yəni Qeyts tayfası ilahi kosmik rezonansı pozmaq istəyir. Türkiyəli araşdırmaçı yazar Mustafa Kurnazın fikrincə, Fatihə surəsinin rezonansa müsbət təsiri ola bilər. Hətta canlı orqanizmi də həyata qaytarmaq mümkündür.

Kreml nüvə hədəfidir

Dindən çox siyasi təhlillərə üstünlük verən mütəxəssislər isə ABŞ-ın Rusiyaya atom bombası atacağını düşünür. Çünki Hirosima və Naqasakini nüvə qurbanına çevirən Ağ Ev dünya nəzarətçisinə çevrilə bilmişdisə, hazırda onunla hesablaşmayan (Rusiya) və üstələmək istəyən (Çin) ölkələr var. Həm də Birləşmiş Ştatlar özünün beynəlxalq təhlükəsizliyinə təhdid yaranacağı halda bu silahdan istifadə edə bilər. Rusiya tərəfi isə dəfələrlə nüvə xəbərdarlıqları edib. Həm də Ukrayna məğlub olacağı təqdirdə Vaşinqton qlobal təhlükəsizliklə bağlı ikinci bəhanəni əldə etmiş olur. Sızdırılan bəzi informasiyalara görə, hədəfdə Rusiyanın iri, yaxud sənaye, hərbi istehsal gücü olan şəhərləri olacaq.

Hər halda həqiqəti zamanla biləcəyik. Noyabrın 8-nə cəmi 18 gün qalıb.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*