“A Haber” Heydər Əliyev barədə xüsusi reportaj yayımlayıbbackend

“A Haber” Heydər Əliyev barədə xüsusi reportaj yayımladı

Türkiyənin “A Haber” telekanalı Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə xüsusi reportaj yayımlayıb.

KONKRET.az xəbər verir ki, “Portret” adı ilə təqdim olunan reportajda dünyaşöhrətli şəxsiyyətin zəngin, mənalı siyasi fəaliyyətinin ayrı-ayrı məqamları orijinal videokadrlar əsasında əksini tapıb. “Portret”də yer alan kadrlar altyazı və Ulu Öndərin canlı səsi ilə türkdilli ictimaiyyətə təqdim olunub.

Bundan başqa, “A Haber” telekanalı dekabrın 12-də səhər xəbərlərində türk dünyasının böyük oğlunun portretini və imzasını ekranda yerləşdirərək Ulu Öndər barədə ümumi məlumat verib.

“A Haber” Heydər Əliyev barədə xüsusi reportajyayımlayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*