Ağdamda uşağı ilan sancdıbackend

Ağdamda uşağı ilan sancdı

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. O, təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda həyatı təhlükə yoxdur. (APA)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*