Abidənin yerində anbar tikilməsinə rəsmi qurumdan AÇIQLAMA – VİDEObackend

Abidənin yerində anbar tikilməsinə rəsmi qurumdan AÇIQLAMA - VİDEO

Pirallahı rayonunda 1941-1945-ci illərdə faşizm üzərində qələbə çalan qəhrəmanlarımızın xatirəsinə həsr olunan abidənin yerində anbar tikilib.

Vaxtilə burada ucaldılan heykəlin sökülməsindən və ərazidəki parkın yararsız hala düşməsindən narazı olan sakinlər yaranan vəziyyətdən narahatlıqlarını bildiriblər.

“2013-cü ildə Vasif İmanov bura icra başçısı təyin edildikdən sonra heykəl söküldü, park bərbad hala düşdü”, – deyə yerli sakin söyləyib.

Məsələ ilə bağlı ərazidə 2013-cü ildə söküntü işləri aparan Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Hüseynov bildirib ki, xatirə abidəsi şəhərin Baş planına uyğun gəlmədiyi, eyni zamanda qəzalı vəziyyətdə olduğu üçün sökülüb.

Daha ətraflı Baku TV-nin materialında:

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*