Abdullah Çiftçi: “ABŞ-ın imici yaralıdır, Avropanı isə qida böhranı gözləyir”backend

Abdullah Çiftçi: "ABŞ-ın imici yaralıdır, Avropanı isə qida böhranı gözləyir"

“Dünya gücləri nüfuzunu itirəndən sonra bərpa etməkdə çətinlik çəkirlər. Hazırda yaranmaqda olan yeni güclər, regional təsirlərə malik dövlətlər var”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyədən olan ekspert Abdullah Çiftçi bildirib. Onun sözlərinə görə ABŞ supergücdür. Amma Birləşmiş Ştatların imici Əfqanıstandan bu yana yaralıdır. Hazırda maliyyə baxımından da zərbə görməkdədir:

“Çünki Rusiya və Çin kimi dövlətlər ABŞ-a investisiyanı azaldır. İndi güvən azlığı var deyə Amerikanın Mərkəzi Bankı istədiyi kimi oynaya bilmir. İlon Mask da 2024-də durğunluğun hiss olunacağını yazıb. İstehsal azalacaq. İqlim problemləri də var. 2023-də Avropada qida böhranı da ola bilər. Rus gübrəsi artıq Avropada yoxdur, ikincisi də rus enerjisi’.

Onun fikrincə, əvvəllər ABŞ faiz dərəcələrini artırmaqla infilyasiyanın qarşısını ala bilirdi. Lakin hazırda bu metod işləmir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*