Bağdadda iranpərəst yaraqlıların lideri öldürüldübackend

Bağdadda iranpərəst yaraqlıların lideri öldürüldü

İraqın paytaxtı Bağdada pilotsuz təyyarənin endirilməsi nəticəsində iranpərəst Hizbullah ən-Nucabaa qruplaşmasnın lideri həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, mərhum Əbu Təqva kimi tanınıb, və o, hərəkatın 12-ci briqadasına rəhbərlik edib.

Hizbullah ən-Nucabaa komandirinin ölümünü təsdiqləyib və baş verənlərə görə ABŞ-ı günahlandırıb.  Portalın mənbələrinə görə, PUA hücumunun hədəfi Bağdaddakı logistik qüvvələrin qərargahı olub.

ABŞ-ın İraq paytaxtındakı hədəflərə zərbə endirdiyini “Reuters” agentliyi də təsdiqləyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*