ABŞ bu ölkələrdəki səfirlik və konsulluqlarını bağlayacaqbackend

ABŞ bu ölkələrdəki səfirlik və konsulluqlarını bağlayacaq

Tramp administrasiyasının xaricdə xidmət göstərən 30 səfirlik konsulluğunu bağlayacağı iddia edilib.

KONKRET.az xəbər verir ki, əldə edilən daxili yazışma sənədinə əsasən, əksəriyyəti Avropa və Afrikada olan 10 səfirlik və 17 konsulluğun bağlanması təklif olunub.

Bunlara Malta, Lüksemburq, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı səfirliklər, həmçinin Fransada beş, Almaniyada iki, Bosniya və Herseqovinada iki, Böyük Britaniya, Cənubi Afrika və Cənubi Koreyada hər birində bir konsulluq daxildir.

Sənəddə ABŞ-ın Somali və İraqdakı diplomatik nümayəndəliklərinin fəaliyyətinin azaldılması tövsiyəsi də yer alıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*