Oktyabrın 28-də qaz kəsiləcək – Bu ərazilərdəbackend

Oktyabrın 28-də qaz kəsiləcək - Bu ərazilərdə

Sabah Yardımlı rayonunun 7 kəndinin qaz təchizatı dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*