Abbas Hüseynov “Qarabağ”dan ayrıldı – “Klubla əlaqəsini kəsib”backend

Abbas Hüseynov “Qarabağ”dan ayrıldı - “Klubla əlaqəsini kəsib”

Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov “Qarabağ”dan ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib.

Onun sözlərinə görə, müdafiəçi artıq komandanın düşərgəsini tərk edib:

“Abbas mənə dedi ki, artıq ikinci əvəzedici komanda ilə məşqlərə də qoşulmayacağam. O, ümumiyyətlə, klubla əlaqəsini kəsib. Mənim bildiyim bu qədərdir. Digər məsələlər futbolçu ilə rəhbərlik arasındadır”.

Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*