Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma başlanıb.\\oxu.az
