İsraildə parlament seçkiləri keçirilir.
KONKRET.az xəbər verir ki, seçkilərə Bakı vaxtı ilə 09:00-da start verilib.
Səsvermənin nəticəsində 26-cı çağırış Knessetin yeni tərkibi müəyyənləşəcək və hökumət koalisiyasının formalaşdırılması prosesi başlayacaq.
Proses uğurla baş tutacağı halda yeni Nazirlər Kabineti və Baş nazir müəyyən ediləcək.
Seçki Bakı vaxtı ilə 00:00-da başa çatacaq.
Qeyd edək ki, səsvermədə 36 partiyadan olan namizədlər 120 yer uğrunda mübarizə aparır. Partiya Knessetdə təmsil olunmaq üçün səslərin azı 3,25 faizini toplamalıdır. Baş nazir postuna əsas namizədlər ölkənin hazırkı hökumət başçısı, 77 yaşlı Benyamin Netanyahu (“Likud” partiyası) və İsrail Müdafiə Ordusunun Baş qərargahının keçmiş rəisi, 66 yaşlı Qadi Ayzenkotdur (“Yashar” partiyası).
***
İsraildə başa çatan parlament seçkilərindən sonra Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası səsvermədə liderlik etsə də, exit-polun nəticələrinə əsasən, mövcud hakim koalisiya Knessetdə çoxluq əldə edə bilməyib.
Bu barədə İsrailin “Kan-11” dövlət telekanalı səsvermə başa çatdıqdan dərhal sonra sorğuların nəticələrinə istinadən məlumat yayıb.
Exit-pola əsasən, “Likud” 120 yerlik parlamentdə 25 mandat qazanır. İkinci yerdə isə Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” partiyası qərarlaşıb – onlara 21 yer proqnozlaşdırılır.
Bununla belə, müxalifət bloku ümumilikdə mövcud hakim koalisiyanın partiyalar birliyini qabaqlayır. “Kan-11”in məlumatına görə, müxalifət 53 mandata, Netanyahunun bloku isə 50 mandata ümid edə bilər.
Exit-polun nəticələrinə görə, daha 17 yeri ərəb partiyaları qazanır. Lakin nə Netanyahunun tərəfdarlarının, nə də müxalifətin bu partiyalarla koalisiya qurmağa hazır olmadığı gözlənilir.
Qeyd edək ki, Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur. Dərc edilmiş məlumatlara görə, blokların heç biri hələlik lazımi sayda yerə malik deyil.
