ABŞ-da bir milyon insan içməli susuz qala bilərbackend

ABŞ-da bir milyon insan içməli susuz qala bilər

ABŞ-da baş verən anormal quraqlıq Missisipi çayının dayazlaşması və Yeni Orleanda su çatışmazlığı səbəbindən fövqəladə vəziyyətə gətirib çıxarmaq təhlükəsi yaradıb. 

KONKRET.az bu barədə NBC News-a istinadən xəbər verir.

Yeni Orlean quraqlıqdan əziyyət çəkən Missisipi çayında içməli su ilə bağlı fövqəladə vəziyyətə hazırlaşır. Uzun müddət davam edən quraqlıq şəraiti Missisipi çayının səviyyəsini anormal dərəcədə aşağı düşürüb.

Bildirilir ki, çayın axınının gücü azaldığından Missisipinin axdığı Meksika körfəzindən duzlu sular su arteriyasına nüfuz etməyə başlayıb. Nəticədə təkcə Yeni Orleanın özünün deyil, həm də ümumi əhalisi bir milyona yaxın olan ətraf ərazilərin təchizatı üçün təhlükə yaranıb.

Qeyd edək ki, əalinin yaxın həftələrdə içməli su əldə etməkdə çətinlik çəkə biləcəyi qorxusu səbəbindən şəhər hakimiyyəti fövqəladə vəziyyət elan edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*