ABŞ-dakı nəşrlər süni intellekti məhkəməyə verdibackend

ABŞ-dakı nəşrlər süni intellekti məhkəməyə verdi

ABŞ-da 8 qəzet OpenAI və onun dəstəkçisi Microsoft-u məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, buna səbəb texnoloji şirkətlərin icazəsiz və ödənişsiz milyonlarla xəbər məqaləsindən istifadə etməsidir ki, bu da “oğurluq” hesab edilir.

Qəzetlər, o cümlədən “New York Daily News”, “Chicago Tribune” və “Denver Post” öz yazılı açıqlamalarında məlumat toplamaq və hesabat hazırlamaq üçün milyardlarla dollar xərclədiklərini xatırladıblar: “Biz OpenAI və Microsoft-un əməyimizi oğurlamasına icazə verə bilmərik”.

OpenAI məsələ ilə bağlı açıqlama verib: “Dünyanın bir çox xəbər təşkilatları ilə fəal şəkildə konstruktiv tərəfdaşlıq edir və bu yöndə müzakirələr aparırıq”.

“New York Times” və bəzi digər media təşkilatları da əvvəllər OpenAI-yə qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırmışdılar.

“Associated Press” xəbər agentliyi keçən il qonorar ödəmək üçün OpenAI ilə razılaşıb. OpenAI həmçinin Almaniyada “Axel Springer”, İspaniyada “Prisa Media”, Fransanın “Le Monde” qəzeti və Britaniyanın “Financial Times” ilə lisenziya müqavilələri bağlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*