FHN selə düşən 5 nəfəri xilas etdibackend

FHN selə düşən 5 nəfəri xilas etdi

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 5 nəfər xilas edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*