Türkiyə MN Azərbaycanı təbrik etdibackend

Türkiyə MN Azərbaycanı təbrik etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilli Günü münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, nazirlik bu barədə X sosial media hesabında yazıb.

“28 May 1918-ci ildə yüksələn istiqlal ruhu bu gün də Türkiyə və Azərbaycanın qəlbində yaşayır.

Qardaş ölkə Azərbaycanın Müstəqillik Gününü təbrik edir, nəcib Türk millətinin ayrılmaz parçası olan Azərbaycan xalqını qürurla salamlayırıq.

Vətəni uğrunda canından keçən əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizə dərin təşəkkürümüzü bildiririk”, – paylaşımda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*