backend

ABŞ-dan mühüm qərar: İrana qarşı xüsusi əməliyyat başladılır

ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizliyin təmini üçün “Gözətçi” adlanacaq hərbi əməliyyat hazırlayır.

Konkret.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.

CENTCOM bu əməliyyatı Fars körfəzində bir müddət öncə baş verən hadisələr fonunda başlatdığını vurğulayıb. Əməliyyatın əsas hədəfinin Ərəb körfəzi, Hörmüz boğazı, Bab əl Məndəb boğazı, Oman körfəzi boyunca bütün beynəlxalq sularda təhlükəsizliyin təmini və gərginliyin azaldılması olduğu bildirilib. CENTCOM bütün fəaliyyətlərini ABŞ-ın müttəfiqləri ilə koordinasiya edəcəyini bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*