ABŞ Ərbildə türk diplomatının ölümülə nəticələnmiş hücumu qınayıbbackend

ABŞ Ərbildə türk diplomatının ölümülə nəticələnmiş hücumu qınayıb

Birləşmiş Ştatlar İraq Kürdüstanının Ərbil şəhərində Türkiyənin bir diplomatının ölümülə nəticələnən hücumu qınayıb.

“Biz bu gün İrbil şəhərində bir türk diplomatın qətlə yetirildiyi hücumu ən kəskin şəkildə qınayırıq. Bu kimi mənasız zorakılığa heç bir bəraət ola bilməz”

Biz hadisə qurbanlarının ailələrinə başsağlığı bildiririk və hadisə zamanı yaralananların tez zamanda sağalacağına ümid edirik.

Birləşmiş Ştatlar Türkiyə və İraq hökumətləri və xalqlarına dəstək göstərilməsi ilə bağlı təəhhüdlərini bir daha təkrarlayır” –deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi İraq Kürdüstanının Ərbil şəhərində restoranda törədilmiş hücum zamanı Türkiyə konsulluğunun bir diplomatının qətlə yetirildiyini təsdiqləyib.

Anadolu xəbər agentliyi restoranın sahibinə istinadən hücumçunun konsulluq işçilərinin restorana gəldiyi zaman iki silahdan atəş açdığı haqda məlumat verib.

İraqın dövlət televiziyası hadisə qurbanının Türkiyənin İrbildəki konsulunun müavini olduğunu bildirib. Agentlik qrupda olan digər insanların da öldüyü haqda məlumat verib.

Türkiyə Xarici İşlər Nazirliyi İraq hökuməti və yerli rəsmiləri hücumu törədənləri tez zamanda tapmağa çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu kəskin şəkildə qınayıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb (“Amerikanın səsi”).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*