ABŞ-ın daha bir ştatında siqaret çəkmə yaşı 21+ oldubackend

ABŞ-ın daha bir ştatında siqaret çəkmə yaşı 21+ oldu

ABŞ-ın Ohayo ştatının qubernatoru Mayk Deuayn 21 yaşına çatmamış insanlara siqaret və digər tütün məmulatları satmağı yasaqlayan fərman imzalayıb.

Konkret.az xarici mediaya istinadla xəbər verir ki, bu qadağan bükümə siqaret hazırlamaq üçün zəruri olan kağıza, siqaret filtlərinə, elektron siqaret mayesinə, ümumiyyətlə, siqaret çəkməklə bağlı olan hər şeyə aiddir. Qanun imzalanan kimi qüvvəyə minib. Əvvəllər Ohayoda vətəndaşlara 18 yaşdan etibarən tütün məmulatları çəkməyə icazə verilirdi.

2015-ci ildə Havay siqaret çəkmə yasağını 18-dən 21-ə qaldıran ilk ştat olmuşdu. “Tobacco” 21 fondunun məlumatına görə, 2016 və 2017-ci illərdə ona Kaliforniya, Oreqon, Nyu-Cersi və Men ştatları qoşulub. 2019-cu ilin əvvəlində bənzər qanunlar Konnektikut, Vaşinqton, İllinoys və bir neçə başqa ştatlarda qəbul olunub.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*