ABŞ-ın İrəvandakı səfirliyi qarşısında aksiya keçirildibackend

ABŞ-ın İrəvandakı səfirliyi qarşısında aksiya keçirildi

Ermənistanda ABŞ-a məxsus bioloji laboratoriyaların yerləşdirilməsinə etiraz əlaməti olaraq bu ölkənin İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib.

KONKRET.az xəbər verir ki, aksiya iştirakçıları “Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına yox” və “ABŞ-ın ölümcül bioloji laboratoriyalarına yox” şüarları səsləndiriblər.

Onlar eyni zamanda, bioloji təcrübələrin əleyhinə olan Tramp administrasiyasından rəsmi Vaşinqtondan Ermənistandakı 13 bioloji laboratoriyanı bağlamağı tələb ediblər.

Ermənistanın Ərzaq Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqor Qriqoryan ölkə ərazisində şübhəli təcrübələrin aparıldığını deyib.

O bildirib ki, ABŞ-ın biorisklərin azaldılması proqramı Bioloji Silahların Yayılması Haqqında Konvensiyanın tələblərini pozur.

Aksiyada iştirak edən fəallar ABŞ səfiri Kristin Kuininin “arzuolunmaz şəxs” elan edilməsi üçün imza toplanılmasına başlayıb və ABŞ-da yaşayan ermənilərin də prosesə qoşulmasını təklif ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*