Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini ölkədə Regional və ya Azlıqların Dilləri haqqında Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından çıxaran qanunu imzalayıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, “Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və qanuni qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək məqsədilə yaradılmış müdafiə mexanizmlərindən yararlana bilməz”, – deyə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
Stefançuk vurğulayıb ki, Ukrayna dövlət dilini qoruyur, dil və mədəni müxtəlifliyə hörmətlə yanaşır, eyni zamanda Rusiyanın imperialist təsirini uzun illər istifadə etdiyi imtiyazlardan məhrum edir.
Qanuna əsasən, Ukraynada Xartiyanın müddəaları bundan sonra belarus, bolqar, qaqauz, krımtatar, yunan, alman, polyak, rumın, slovak, macar və çex dillərinə, eləcə də ivrit dilinə tətbiq olunacaq.
