Paşinyan Arutyunyanla bağlı QƏRAR VERDİbackend

Paşinyan Arutyunyanla bağlı QƏRAR VERDİ

Ermənistan siyasi kulislərində baş nazir aparatında mühüm bir vəzifəyə dair yeni təyinat ehtimalı gündəmə gəlib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Fakt” qəzeti  məlumat yayıb.

Nəşr yazır ki, baş nazir aparatının rəhbəri vəzifəsinə Arayik Arutyunyanın yenidən təyin olunması ilə bağlı müzakirələr aktivləşib:

“Baş nazir Nikol Paşinyan bu postu yenidən ona etibar edə bilər. Müxtəlif dövrlərdə Arutyunyanın baş nazir müavini və ya digər yüksək vəzifələrə gətiriləcəyi barədə də məlumatlar yayılıb. Lakin onun daha çox hazırkı mövqedə qalmağa üstünlük verdiyi bildirilir.

Siyasi dairələrdə hesab olunur ki, rəsmi iyerarxiyada baş nazir aparatının rəhbəri “ikinci şəxs” sayılmasa da, faktiki təsir baxımından Arutyunyanın Ermənistan hökumətində ən nüfuzlu fiqurlardan biri olduğu qeyd edilir”.

araik arutyunyan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*