İran ABŞ-a qarşı hücuma keçdi: Güclü zərbələr endirilir – VİDEObackend

İran ABŞ-a qarşı hücuma keçdi: Güclü zərbələr endirilir - VİDEO

İran ABŞ-ın İordaniyada yerləşən Əl-Əzraq aviabazasına raket zərbələri endirdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Tasnim agentliyinin yaydığı məlumata görə, ABŞ qüvvələrinin istifadə etdiyi aviabazaya 12 ballistik raket atılıb.

Bildirilir ki, zərbələrin hədəfi bazada yerləşən F-15, F-16 və F-35 döyüş təyyarələrinin saxlanıldığı məntəqələr olub.

İran tərəfi hədəflərin vurulduğunu iddia etsə də, ABŞ və İordaniya rəsmiləri tərəfindən bu məlumat hələlik təsdiqlənməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*