ABŞ-ın Rusiya və Belarusa qarşı yeni SANKSİYALARIbackend

ABŞ-ın Rusiya və Belarusa qarşı yeni SANKSİYALARI

ABŞ Ticarət Nazirliyi Rusiyaya qarşı ixrac sanksiyalarını genişləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Ağ Evin saytında yer alıb.

Mənbə yazır ki, Rusiyanın 70 təşkilatı, o cümlədən “Ak Bars” holdinqi, “Rubin” səhmdar cəmiyyəti, “Qazprom Neft Şelf”, S. V. İlyuşin adına Aviasiya Kompleksi, Yakovlev adına Konstruktor Bürosu və “Voentelecom” da yeni məhdudiyyətlərə məruz qalıb. Bundan əlavə, Belarusun “Eleron” şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu şirkətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın xarici siyasətinin maraqlarına zidd fəaliyyətlərdə” iştirak edirlər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*