ABŞ-ın xüsusi nümayəndələri Rusiyaya gedirbackend

ABŞ-ın xüsusi nümayəndələri Rusiyaya gedir

Rusiya ilə ABŞ arasında Ukrayna böhranının nizamlanması və gələcək münasibətlərin qurulması istiqamətində mühüm diplomatik hərəkətlilik yaşanır. Ağ Evin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya rəsmi səfəri hazırlanır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi (xarici siyasət məsələləri üzrə müşaviri) Yuri Uşakov məlumat verib.

Uşakov hazırda həm Uitkoff, həm də Kuşnerlə birbaşa təmasda olduğunu təsdiqləyib. Rusiya rəsmisi iki ölkə arasında əlaqələrin mütəmadi olaraq qorunub saxlandığını və bu təmasların böyük hissəsinin telefon danışıqları vasitəsilə həyata keçirildiyini əlavə edib.

Ukraynadakı mövcud hərbi-siyasi böhrana toxunan Kremlin baş müşaviri, bəzi dairələrin “diplomatiya artıq tükənib” fikri ilə qətiyyən razılaşmadığını bəyan edib. Bununla belə, Uşakov Rusiyanın mövqeyini xatırladaraq vurğulayıb ki, ABŞ rəsmiləri ilə aparılacaq danışıqlar müvəqqəti atəşkəsə deyil, yalnız uzunmüddətli və qalıcı sülhün əldə olunmasına yönəlməlidir.

Hazırda Vaşinqton və Moskva kuryerləri arasında səfərin dəqiq tarixlərinin razılaşdırılması istiqamətində müzakirələr davam edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*